Ukrayna prezidenti Volodimir Zelenski ölkənin enerji sektoruna böyük zərbə vurulduğunu təsdiqləyib.
Elchi.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, bir neçə rayonda elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Zelenski qeyd edib ki, energetika işçiləri işıq təchizatının bərpası üzərində işləyirlər.
Çərşənbə günü, dekabrın 25-də Rusiya ordusu Ukrayna ərazisindəki hədəflərə hücum edib. Səhər tezdən Ukrayna hakimiyyəti bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edib. Xarkova azı yeddi zərbə endirilib. Bundan əlavə, Kiyev, Kremençuq, Dnepropetrovsk, Krivoy Roq və İvano-Frankovsk vilayətində partlayışlar baş verib. Sonra məlum oldu ki, kütləvi hücumun ikinci dalğası başlayıb.
Yeganə