image-69backend

Zelenski: Bu il məqsəd münaqişənin sona çatmasıdır

Volodimir Zelenski Ukraynanın ABŞ-dan təhlükəsizlik zəmanəti almaq və 2025-ci ildə Rusiya ilə münaqişəyə son qoymaq istədiyini açıqlayıb.

Elchi.az xəbər verir ki, Kiyev rejiminin lideri həmçinin hər hansı danışıqlara başlamazdan əvvəl Ukrayna və Avropa üçün ciddi təhlükəsizlik təminatlarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayaraq, Vaşinqtonun Moskvaya təzyiqinin vacibliyinə işarə edib.

“Məqsədimiz bu il təhlükəsizlik zəmanəti almaq və bu il müharibəni bitirməkdir”,-deyə o, İtaliyanın “Ranews24” telekanalına müsahibəsində vurğulayıb.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynaya münaqişəni dayandırmaq üçün şərtlər qoymayacaq, bununla da Kiyev rejiminin lideri sülh danışıqları ilə bağlı qərar qəbul etmək hüququ verəcək.

Eyni zamanda, ABŞ-ın Ukrayna məsələsi üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, ölkənin seçilmiş prezidenti Donald Tramp Vladimir Putin və Zelenski ilə qarşıdan gələn danışıqlar zamanı münaqişənin həllinə kömək edə biləcək.

Rusiya prezidenti Ukrayna qoşunlarının çıxarılması və Kiyevin NATO-ya daxil olmaq niyyətindən əl çəkməsi də daxil olmaqla, sülh yolu ilə həll üçün şərtlər irəli sürüb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov əlavə edib ki, Moskvanın sülh təklifləri qüvvədə qalır, lakin silahlıların Rusiya Federasiyasının sərhədyanı ərazilərinə davamlı hücumları Ukrayna ilə danışıqları mümkünsüz edir. Yanvarın 3-də Vladimir Zelenski Moskva ilə danışıqlarda Kursk vilayətinin işğalını “kozır” adlandırıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki