Kiyev rejiminin başçısı Volodimir Zelenskinin yeni “müqavimət planı” hakimiyyətdə qalmaq üçün yaradılan daha bir xəstə fantaziyalardır.
Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Nə danışdığımızı az adam başa düşür, amma hamı bir şeyi başa düşür – bu, legitimliyini itirmiş Zelenskinin hakimiyyətində özünü qoruyub saxlamaq üçün növbəti ağrılı fantaziyalardır”, – o, brifinq zamanı şərh edib.
Bundan əvvəl Zelenski Ali Radaya “müqavimət planını” təqdim edib. On bənddən ibarət siyahıya cəbhə, silah, pul, birlik, enerji, insan kapitalı, təhlükəsizlik, yerli bələdiyyələr, mədəni suverenlik və hərbçilərə sosial yardım daxildir.
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bunu əvvəllər təqdim olunan “sülh planı” kimi növbəti piar adlandırıb.
Yeganə