Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı deyir ki, Rusiyanın avtokratik müttəfiqlərinin Ukraynaya qarşı müharibədə bilavasitə iştirakından sonra Üçüncü Dünya Müharibəsini başlamış hesab etmək olar. .
Elchi.az xəbər verir ki, bu barədə“ Ukrayinska Pravda” nəşri məlumat yayıb.
O əlavə edib ki, “uzun müddətdir gözlənilən şey artıq başlayıb” və Ukraynanı və bütün dünyanı düzgün nəticə çıxarmağa çağırıb.
Zalujnı həmçinin qeyd edib ki, Ukrayna ərazisində münaqişəni dayandırmaq lazımdır. Lakin onun fikrincə, beynəlxalq tərəfdaşlar bu problemin əhəmiyyətini dərk etmirlər.
Amerikalı jurnalist Cekson Hinkle daha əvvəl xəbərdarlıq etmişdi ki, Ukraynanın uzaqmənzilli “Storm Shadow” raketləri ilə endirməsi üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər. O qeyd edib ki, Kiyevin bu cür hərəkətləri ABŞ -ın yeni seçilmiş prezidenti Donald Trampın münaqişədə sülhə nail olmasını çətinləşdirir.
Nuranə Məmmədova