image-bebek-dogumu-dha-1515595_1backend

Yeni doğulmuş körpələri öpmək niyə təhlükəlidir?

İngiltərədə işləyən Dr. Karan Raj TikTok-dakı paylaşımı ilə körpələri öpməyin təhlükələrinə diqqət çəkib. Sosial şəbəkələrdə minlərlə insan tərəfindən şərh edilən bu paylaşım bir çox insanın bu məsələdən xəbərsiz olduğunu üzə çıxarıb.
Elchi.az xəbər verir ki, Böyük Britaniyada yerləşən Lullaby Trust ötən il apardığı sorğuda müəyyən edib ki, yeni valideynlərin 54 faizi dostlarına və ailə üzvlərinə infeksiya riskini bilmədən körpələrini öpməyə icazə verib.
Körpələrin immun sistemi həssasdır
Yeni doğulmuş körpənin immun sistemi tam inkişaf etmədiyi üçün infeksiyalara qarşı həssasdır. İlk üç ay ərzində körpələrin immun sistemləri böyüklərə nisbətən daha az infeksiyaya qarşı mübarizə aparan hüceyrələrə malikdir. Bu o deməkdir ki, böyüklərdə yüngül simptomlara səbəb olan infeksiyalar körpələrin həyatı üçün təhlükə yarada bilər.
Məsələn, herpes virus infeksiyası böyüklərdə yalnız soyuqdəymələrə səbəb olduğu halda, körpələrdə ciddi xəstəliklərə səbəb ola bilər. Virus yalnız körpənin gözlərinə, ağzına və ya dərisinə təsir edərsə, antiviral müalicə ilə sağalma əldə edilə bilər. Lakin infeksiya sistematik hala gəlsə və orqanlara təsir edərsə, ölümcül ola bilər. Xüsusilə həyatın ilk dörd həftəsində körpələr herpes virusuna çox həssasdırlar.
Körpələr B qrupu streptokok (GBS) kimi hüceyrədaxili bakteriyalara da həssasdırlar. GBS valideynlərin həzm və ya genital sistemlərində zərərsiz tapılsa da, körpələrdə sepsis, pnevmoniya və meningitə səbəb ola bilər. Eynilə, böyüklərdə zərərsiz olan bəzi E. coli suşları körpələrdə ciddi infeksiyalara səbəb ola bilər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki