image-25backend

“Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq olar”-Bayden

ABŞ prezidenti Co Bayden hesab edir ki, Yaxın Şərqdə genişmiqyaslı münaqişənin qarşısını almaq olar.

Elchi.az xəbər verir ki, o, jurnalistlərlə söhbətində müvafiq bəyanatla çıxış edib.

Onun sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirib.

“Geniş miqyaslı müharibənin başlayacağını düşünmürəm. Düşünürəm ki, bundan qaça bilərik. Lakin buna nail olmaq üçün daha çox iş görülməlidir”, – deyə Bayden bildirib.

Amerika lideri ABŞ-ın İsrailə kömək üçün qoşun göndərib-göndərməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib:

“Biz artıq İsrailə kömək etmişik. Biz İsraili qoruyacağıq”, – deyə o, bildirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki