image-upload-2024-11-07t181831z_1571855525_rc2i0bacgmwi_rtrmadp_3_europe-community-pic_32ratio_900x600-900x600-95351backend

Yaponiya Zelenskinin ritorikasında dəyişiklik hiss edib

Kyodo: Zelenski Qərbdən silah tələb edir və eyni zamanda diplomatiyadan danışır.
Elchi.az xəbər verir ki, Vladimir Zelenski Qərbdən silah tələb edir və eyni zamanda diplomatiyadan danışır. Bu barədə Zelenskinin müsahibə verdiyi Kyodo agentliyi məlumat yayıb.
“Qoşunlarımızın Krımı və digər əraziləri qaytarmaq üçün kifayət qədər gücü yoxdur. Bu faktdır. Diplomatik həll yolu axtarmaq lazımdır”, – deyə Zelenski bildirib.
Nəşr həmçinin qeyd edir ki, Zelenski Rusiya ordusunun Donbassdakı hücumu fonunda Ukrayna qoşunlarının çətin vəziyyətini tanıyır. Bu baxımdan, Zelenski hesab edir ki, Ukrayna münaqişənin həlli üçün yalnız o halda diplomatik yolla gedə biləcək ki, Qərb Kiyevi yeni silahlarla təmin etsin və bununla da Ukraynanı daha güclü danışıqlar mövqeyinə çıxarsın.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Velikaya Novoselkada çətin vəziyyətdə olduğu məlum olub.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki