image-mina-ermenistan-shushabackend

Xankəndidə tapılan minalar ADEX-də – Foto

Ötən il keçirilən antiterror əməliyyatlarından sonra azad edilən Xankəndidə çox sayda minalar aşkarlanmışdı. Onların içində ən çoxu tələ-minalardır.
Elchi.az xəbər verir ki, ANAMA-ın əməliyyat idarəsi, təlim və metodoloji təminat şöbəsininin baş mütəxəssisi Musa Məmmədov Trend-ə açıqlamasında Xankəndi şəhərində tapılan minaların bəzi nümunələrinin Bakıda keçirilən ADEX Beynəlxalq müdafiə sərgisində nümayiş olunduğunu bildirib.
Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə ADEX sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil edilib. İlk ADEX sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

image-photo_2024-09-26_14-15-36-5 image-photo_2024-09-26_14-15-36-4 image-photo_2024-09-26_14-15-36-3 image-photo_2024-09-26_14-15-36-2 image-photo_2024-09-26_14-15-36 image-photo_2024-09-26_14-15-35

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki