image-19backend

WSJ: “Türkiyə Suriyada genişmiqyaslı əməliyyata hazırlaşır”

“The Wall Street Journal” qəzeti amerikalı rəsmilərə istinadən yazır ki, Türkiyə Suriya sərhədi boyunca qüvvələr yerləşdirir ki, bu da genişmiqyaslı əməliyyatın hazırlandığını göstərə bilər.

Elchi.az xəbər verir ki, onların fikrincə, Türkiyə və türkyönlü təşkilatlar “Suriya sərhədi boyunca güclərini artırırlar” ki, bu da Ankaranın “geniş miqyaslı işğala” hazırlaşması mənasında təşviş doğurur.

ABŞ rəsmilərindən birinin qeyd etdiyi kimi, Türkiyənin hərəkəti qaçılmaz ola bilər. “Biz diqqəti bu istiqamətə yönəltmişik və təmkinli olmağa çağırırıq”, – amerikalı rəsmi bildirib.

Washington Post daha əvvəl yazıb ki, Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonra türkyönlü təşkilatlarla kürd qüvvələr arasında vətəndaş müharibəsi başlaya bilər. Qəzetin yazdığına görə, Suriya müxalifətinin parçalanması riskləri, eləcə də İsrail, Türkiyə və ABŞ-ın ərəb respublikasının işlərinə qarışması riskləri qalmaqdadır.

Türkiyəyönlü qrupların növbəti hücumu, yəqin ki, kürd qüvvələrini geri çəkilməyə məcbur edəcək və bu, Amerika ordusunun Suriyadakı mövcudluğunu təhdid edəcək.

Suriyanın şərqində və şimal-şərqində yerləşən Suriyanın Deyr əz-Zor, Rəqqa və Həsəke əyalətlərinin əksəriyyəti hazırda ABŞ-ın dəstəklədiyi kürd “Demokratik Suriya Qüvvələri”nin nəzarətindədir. 2015-ci ildən bəri Amerika komandanlığı bu bölgədə doqquz hərbi baza yaradıb. Kürdlər Suriyanın 25 faizinə nəzarət edirlər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki