image-25backend

Volodin: “Rusiyaya ancaq rus dilini bilənlər gəlməlidir”

Dekabr ayından etibarən vasitəçilərin miqrantların müayinələrində iştirakına qadağa qoyulacaq.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sosial şəbəkələrdə yazıb.

“Rus dilini bilmək sertifikatı xarici vətəndaşlara yalnız dövlət orqanları tərəfindən verilə bilər. Bundan başqa, qanunsuz miqrasiyanın təşkili məqsədilə saxta sənədlərin hazırlanmasına və ya dövriyyəsinə görə cərimələr artırılıb (noyabrın 23-dən qüvvəyə minib).

Ölkəmizə ancaq rus dilini bilən, adət-ənənələrimizə hörmət və ehtiram göstərənlər gəlməlidir”, – deyə o yazıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki