image-17backend

Vaşinqton Tiflisə güzəşt etmədi: “Xarici agentlər haqqında qanun”a görə Gürcüstana yardım dayandırıldı – RƏSMİ

ABŞ Administrasiyası Gürcüstanda “Xarici agentlər haqqında qanun”un qəbulu ilə əlaqədar Tiflisə yardım proqramını dayandırmaq qərarına gəlib.

Alp.az-ın məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında deyilir.

“2024-cü il mayın 23-də Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçiriləcəyini elan etdim. Bu proses nəticəsində ABŞ-ın bu il üçün nəzərdə tutduğu 95 milyon dolların Gürcüstana verilməsi dayandırılıb”.

Blinken bəyanatında qeyd edib ki, Gürcüstan hökumətinin hərəkətləri və bəyanatları bu ölkənin Avropa İttifaqı və NATO-ya inteqrasiya normaları ilə bir araya sığmır: ”

Biz bu hərəkətlərlə əlaqədar Gürcüstan hökumətinə yardımı dayandırsaq da, Birləşmiş Ştatlar demokratiya, qanunun aliliyi, müstəqil media və iqtisadi inkişafı gücləndirməklə gürcüs xalqının xeyrinə olan proqram və fəaliyyətlərə yardım göstərməyə davam edəcək”.

O xatırladıb ki, Gürcüstan müstəqillik əldə etdikdən sonra Vaşinqton Tiflisə ölkənin iqtisadiyyatının və demokratik təsisatlarının inkişafı və möhkəmləndirilməsi üçün 6,2 milyard dollardan çox yardım edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki