ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna barədə fikirlərini bölüşərək, Ukrayna xalqını “ölü”, ölkəni isə “məhv edilmiş” adlandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Tramp qeyd edib ki, Ukrayna 2022-ci ildə Rusiya prezidenti Vladimir Putinə güzəştə getməli idi. Onun fikrincə, fevraldakı Rusiya hücumundan aylar əvvəl, ən pis razılaşmanın indikilərdən daha yaxşı olacağını söyləyib.
Tramp Ukraynanı paytaxt Kiyevin hüdudlarından kənarda xarabalığa çevrilmiş, əsgər çatışmazlığı olan, müharibədə və qonşu ölkələrdə baş verən ölümlərə görə əhalisini itirən ölkə kimi təsvir edib. O, Ukraynanın müharibəni bitirmək üçün danışıqlar aparmaq üçün hər hansı kozırlarının olub-olmaması məsələsinə də toxunub:
“Hər hansı bir razılaşma, ən pis sövdələşmə, indi əldə etdiyimizdən daha yaxşı olardı. Əgər onlar pis bir razılaşma əldə etsəydilər, bu, daha yaxşı olardı. Təslim olacaqdılar, hamı sağ qalacaqdı. Amma insanlar öldü. Ölkə xarabalığa çevrildi”.
Yeganə