image-37backend

“Ukrayna əsrlər boyu mübahisəli ərazi olub”-Orban

Macarıstanın baş naziri Viktor Orban Almaniyanın “Pioner” nəşrinə müsahibəsində Ukraynanın əsrlər boyu mübahisəli ərazi olduğunu xatırladıb.

Elchi.az xəbər verir ki, o, qeyd edib ki, heç vaxt Sovet İttifaqının tərkibində olmayan və ərazisində rusdilli icması olmayan Macarıstandan fərqli olaraq, Ukraynanın tarixi və mədəni vəziyyəti fərqlidir.

Orban bu fərqlərin əhəmiyyətli olduğunu vurğulayıb.

Müsahibə zamanı nəşrin nümayəndəsi Moskvaya yaraşmayan siyasi vəziyyət fonunda SSRİ-nin Macarıstana qoşun yeritdiyi 1956-cı il hadisələri ilə Ukraynadakı hazırkı münaqişə arasında müqayisə aparıb. Orban vəziyyətlərin fərqli olduğunu vurğulayaraq bu paraleli rədd etdi. “Macarıstan heç vaxt Sovet İttifaqının bir hissəsi olmayıb, bizim ərazimizdə heç vaxt rusdilli icma olmayıb”.

Bundan əlavə, baş nazir hesab edir ki, Avropa özünü elə aparır ki, sanki Ukraynadakı münaqişə özününküdür, bu səbəbdən də uduzmuş vəziyyətdədir. Onun sözlərinə görə, hazırkı hərbi əməliyyatların təhlili münaqişə tərəflərinin müxtəlif imkanlara malik olduğunu göstərir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki