image-fa9ea661-81b7-35db-944c-c072e8bc280a_850backend

Türkiyə ordusu İraqda PKK-nın 11 üzvünü öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb.

Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki