image-heseniv-guler-131-900x609backend

Türk ordusunun elitası Bakıda: Rekord qeydə alındı!

Türkiyə hərbi rəhbərliyi 5-ci “ADEX” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ötən gecə Bakıya gəlib. Heyətin bu qədər ali qonaqlardan təşkil olunması diqqət çəkir. Bu həm də Türkiyə-Azərbaycan münasibətlərinin yüksək olduğunun isbatıdır.
Belə heyətin ölkəmizə gəlməsinin pərdəarxası məqamları varmı?
Elchi.az xəbər verir ki, türkiyəli hərbi ekspert Abdullah Ağar Globalinfo.az-a açıqlamasında Türkiyənin “ADEX 2024” Beynəlxalq Müdafiə Sərgisinə rekord tərkibdə qatıldığını bildirib:
“Türkiyə başda ən böyük müdafiə və texnologiya şirkətləri olmaqla, ümumilikdə 51 şirkətlə sərgidə təmsil olunur. Bu, iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu əyani şəkildə sübut edir.
Digər tərəfdən, fərqli ölkələrin müdafiə nazirlərinin, ordu mənsublarının, şirkətlərin də sərgidə iştirak etdiyini görürük. Bu mənada Türkiyənin sərgidə iştirakı mütləq idi. Azərbaycan belə tədbirlərin keçirilməsində hər zaman seçilib. Hətta mən deyərdim, Bakı uğurlu bir platforma halına gəlib.
Azərbaycan şimal-cənub, şərq-qərb regionlarının qovşağındadır və bu onun geopolitik önəmini artırır. Bakı ərsəyə gətirə biləcəyi layihələri bu kimi sərgilərlə tanıtmış olur. Söhbət təkcə hərbi sənaye komplekslərindən deyil, region üçün əhəmiyyətli iqtisadi, siyasi layihələrdən də gedir”.
Ağar qeyd edib ki, “ADEX” kifayət qədər çətin tədbirdir:
“Bu baxımdan Türkiyə Azərbaycana bu məsələdə dəstək olur, yardım edir. Ankara bu sərgiyə ən böyük şirkətləri ilə qatılıb. Bu detal belə özlüyündə Ankaranın Bakıya verdiyi dəstəyi göstərir”.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki