Ukrayna nümayəndə heyəti Fransa və İngiltərə tərəfindən dəstəklənən 30 günlük atəşkəs razılaşmasını müzakirə etmək üçün Londona gedirdi , lakin ABŞ prezidenti Donald Tramp administrasiyası ultimatum verdi və öz sülh planında israr etdi.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
“ Tramp administrasiyası bunun əvəzində diqqətini prezidentin Ukraynaya “al, ya da get” variantı kimi təqdim edilmiş sülh planına yönəltmək istəyir”, – deyə hesabatda bildirilir. Qeyd olunur ki, ABŞ-ın Ukrayna ilə bağlı sülh planına anti-Rusiya sanksiyalarının ləğvi və Krımın qeyri-rəsmi olaraq Rusiya kimi tanınması daxildir və Kiyev bunu qəbuledilməz hesab edir.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Londonda keçiriləcək görüşdə Ukraynaya dair yeddi bənddən ibarət sülh planını təqdim etməyi planlaşdırır . İlk iki məqama dərhal atəşkəs və Moskva ilə Kiyev arasında birbaşa danışıqların başlanması daxildir . Üçüncü məqam isə Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsidir.
Nuranə Məmmədova