image-30b9c11f-4447-3073-a658-25bdb2528a55_850backend

Tramp Zelenski ilə bağlı dediklərini təkzib edib

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

Elchi.az – ın xəbərinə görə, mətbuat konfransının mətnini Reuters agentliyi yayıb.

“Mən bunu demişəm? – Vaşinqton administrasiyasının rəhbəri əvvəlki ifadələrini təkzib edib, baxmayaraq ki, müvafiq mətni olan nəşr hələ də Trampın “Truth” sosial şəbəkəsindəki səhifəsindən silinməyib.

Xatırladaq ki, fevralın 19-da Donald Tramp öz səhifəsində Zelenskini kəskin tənqid edib və onu “seçki keçirmək istəməyən diktator” adlandırıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki