ABŞ prezidenti Donald Tramp: Putinlə Səudiyyə Ərəbistanında görüşəcəyik. Ukrayna bütün ərazisini ala bilməz. “Putin istəyir ki, müharibə bitsin, Ukrayna sülh bağlamalıdır.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən imza mərasimində mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.
Tramp Rusiya prezidenti Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda telefonla danışdığını və Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı mühüm müzakirələr apardığını bildirib.
ABŞ prezidenti həm Putin, həm də Zelenski ilə üz-üzə görüşəcəklərini qeyd edərək, “Biz əslində onun (Putinin) bura gəlməsini gözləyirik, mən də ora gedəcəm, amma yəqin ki, Səudiyyə Ərəbistanında da görüşəcəyik. İlk dəfə Səudiyyə Ərəbistanında bir araya gələcəyik və nə edə biləcəyimizi görəcəyik. Bu müharibəni bitirmək istəyirik. Yəqin ki, ilk görüşümüz kimi Səudiyyə Ərəbistanında görüşəcəyik”. ifadələrdən istifadə etdi.
“Prezident Putin və prezident Zelenski hər ikisi sülh istəyir. Mən də sülh istəyirəm. İnsanların öldürülməsini dayandırmaq istəyirəm”. Mövzu ilə bağlı danışan Tramp bu mövzuda ciddi diplomatik prosesə girəcəklərini vurğulayıb.
“Prezident Putinin nə düşündüyünü dəqiq bilmirdim, amma əminliklə deyə bilərəm ki, o da bu müharibənin bitməsini görmək istəyir”, – Tramp deyib.
Şayəstə Hüseynova