Qərb mediası bu gün Trampın Ukrayna münaqişəsi ilə bağlı mesajını təhlil edib və belə qənaətə gəlib ki, “Donald Tramp da görünür, Rusiya prezidentinə şəxsi müraciət edib”.
Elchi.az xəbər verir ki, bu barədə İngiltərənin Huffpost nəşri yazır.
Bazar günü Tramp “Truth” sosial platformasında yazıb ki, “Zelenski və Ukrayna sövdələşmə etmək və çılğınlığı dayandırmaq istəyirlər”.
Mesajın sonunda Tramp Vladimir Putinlə münasibətindən də söz açıb və ondan addım gözlədiyini yazıb.
“Mən Vladimiri yaxşı tanıyıram. Onun hərəkət etmək vaxtı idi. Çin kömək edə bilər. Dünya gözləyir! – Tramp yazıb.
Huffpost qeyd edir ki, bu, “məşhur” ifadə idi və Tramp “görünür, Rusiya prezidentinə şəxsi müraciət edir”.
ABŞ-ın yeni seçilmiş prezidenti bazar günü müraciətində də dərhal atəşkəs və Ukrayna ilə bağlı danışıqlara çağırıb.
Nuranə Məmmədova