image-326852backend

Suxumi Tbilisiyə ÇAĞIRIŞ

Abxaziyanın Xarici İşlər Nazirliyi Gürcüstanın baş naziri İrakli Kobaxidzenin 2024-cü il sentyabrın 25-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bəyanatını şərh edib.

Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.

“Gürcüstan rəhbərliyinin eyni mifik terminlərlə təkrarlanan ritorikasını bir daha eşitdik. Düşünürük ki, Gürcüstan rəhbərliyi eyni ruhda davam etsə, keçmişi aradan qaldırmaqda müsbət nəticələr əldə etməyəcəyik”, – deyə departamentin şərhində qeyd olunub.

Abxaziya Xarici İşlər Nazirliyi bir daha Gürcüstanı gücdən istifadə etməməyə dair hüquqi qüvvəyə malik sənəd imzalamağa və Abxaziya Respublikasını suveren və müstəqil dövlət kimi tanımağa çağırıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki