image-damascusbackend

Suriya mediası: “İsrail Dəməşq hava limanı yaxınlığındakı ərazini bombaladı”

Suriya dövlət mediası İsrailin Dəməşq Beynəlxalq Hava Limanına gedən yola hava zərbəsi endirdiyini, bir avtomobili hədəf aldığını və bir nəfərin öldüyünü bildirib.
Elchi.az xəbər verir ki, Suriya dövlət mediasının Şam Kənd Polis Komandanlığındakı mənbəyə istinadən verdiyi məlumata görə, İsrail Suriyanın paytaxtı Dəməşq Beynəlxalq Hava Limanına gedən yola hava zərbəsi endirib. İsrailin bu hücumu nəticəsində bir avtomobilin partladığı qeyd edilib. Hücum nəticəsində bir nəfərin öldüyü bildirilib.
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri İsrail Suriya ordusuna və müttəfiqlərinə məxsus hərbi məntəqələrə hücumlar təşkil edir. İsrail oktyabrın əvvəlində Livana qarşı əməliyyatlara başladıqdan sonra Suriyadakı hərbi məntəqələrə hücumlarını artırdığı görünür.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki