Almaniyanın “Deutsche Welle” qəzeti yazıb ki, Almaniya kansleri Olaf Şolts Almaniyanın Ukraynaya hərbi yardımı azaltmaq istəməsi ilə bağlı iddiaları təkzib edib.
Elchi.az xəbər verir ki, kanslerin sözlərinə görə, Kiyevə dəstək verməklə bağlı Berlinin mövqeyində qətiyyən etibarsızlıq yoxdur.
Şolts həmçinin bildirib ki bu məsələ ilə bağlı müzakirələr onu təəccübləndirir: “2025-ci ildə Kiyevə kömək etmək üçün Almaniya büdcəsindən dörd milyard avro ayrılması nəzərdə tutulub”.