Almaniya kansleri Olaf Şolts Almaniya Sosial Demokrat Partiyası (SPD) tərəfindən ikinci müddətə namizəd göstərildikdən sonra Rusiya prezidenti Vladimir Putinlə təmasları davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Siyasətçi vurğulayıb ki, bu qərar onun seçki kampaniyasının tərkib hissəsi deyil, zərurətdir. “Mən bunu [danışıqları] davam etdirəcəyəm, çünki mən bu ölkəni Avropada və dünyada təmsil edirəm və əmin olmalıyam ki, sülh və təhlükəsizlik məsələsində çox məsuliyyətli davranırıq”.
Scholz qeyd etdi ki, onun təşəbbüsü “məsuliyyətli və zəruridir”. Eyni zamanda Almaniya lideri vurğulayıb ki, bir telefon danışığı ilə sülh əldə oluna bilməz.
Yeganə