image-2f72cc95-d24d-398a-bc38-cff86494b7f9_850backend

Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatında spirtli içkilərin içilməsinə qadağa qoyulacaq

2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatında stadionlarda spirtli içkilərin içilməsi qadağan ediləcək.

Elchi.az “LBC”-yə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Böyük Britaniyadakı səfiri Xalid bin Bəndər Əl Səud bildirib.

Səfirin sözlərinə görə, spirtli içki mundialın məcburi elementi deyil və onsuz da yaxşı vaxt keçirmək mümkündür. O, həmçinin ölkə qonaqları naminə öz mədəniyyətlərini dəyişmək istəmədiklərini söyləyib.

Qeyd edək ki, ötən ilin dekabr ayında baş tutan FIFA-nın Növbədənkənar Konqresində Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi edəcəyi təsdiqlənib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki