image-qaz-7backend

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Bu barədə Elchi.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, rayonun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması məqsədilə 09.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binə Sovxoz yaşayış ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki