image-8b218df8-6646-46ce-bb74-0504ae5c778ebackend

“Saakaşvili əfv edilsə belə həbsxanadan çıxa bilməyəcək”-Kaladze

“Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsdən çıxa bilməyəcək, çünki ona qarşı başqa cinayət işləri də başlanıb”.

Elchi.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze “İmedi” telekanalına müsahibəsində deyib.

“Mən bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə də baxılır və prezidentin əfv fərmanı o baxımdan mənasını itirir ki, prezident belə bir qərar versə belə, Saakaşvilinna digər mühüm işlərə görə azadlığa buraxıla bilməz. ona qarşı cinayət işi açılıb”, – Kaladze bildirib.

Hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi başlanıb, o, qiyabi olaraq 3 il və əlavə olaraq 6 il həbs cəzası alıb. 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” televiziya şirkətinin ofisinin dağıdılması və 9 milyon lariyə (3,3 milyon dollardan çox) yaxın dövlət vəsaitinin mənimsənilməsi halları araşdırılır.

2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb, bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün siyasətçi hələ də olduğu Tbilisidəki “Vivamed” özəl klinikasına köçürülüb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki