image-34backend

Rutte Cənubi Koreyada baş verənləri şərh edib

Şimali Atlantika Alyansı blokun mühüm tərəfdaşı olan Cənubi Koreyada baş verən hadisələri izləyir.

Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

“Cənubi Koreya bizim mühüm tərəfdaşımızdır, biz vəziyyəti diqqətlə izləyirik”,-deyə alyansın baş katibi bildirib.

Bununla yanaşı, Rutte qeyd edib ki, o, ölkədəki daxili siyasi vəziyyəti şərh etməyəcək.

Xatırladaq ki, Cənubi Koreyanın Nazirlər Kabinetinin bütün üzvləri ölkənin baş naziri Han Deok Su ilə görüşdə istefa vermək niyyətində olduqlarını bildiriblər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki