Ukrayna səhər saatlarında Rusiyanın 100-dən çox raket və 100-ə yaxın pilotsuz uçuş aparatı ilə hücuma keçdiyini və ölkə daxilindəki enerji obyektlərinin vurulduğunu açıqlayıb. Açıqlamaya görə, hücumlarda 5 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Rusiya bu gün səhər saatlarında Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ukrayna rəsmiləri səhər saatlarında 100-dən çox raket və 100-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumlarda 5 nəfərin həyatını itirdiyini, enerji obyektlərinin hədəf alındığını bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski hücumla bağlı açıqlamasında deyib: “Bu, ən böyük birləşmiş hücumlardan biri idi. 100-dən çox müxtəlif tipli raketlər və təxminən 100 “Şahed” pilotsuz təyyarəsi. “Əvvəlki Rusiyanın əksər hücumları kimi, bu, kritik mülki infrastrukturu hədəf alan gizli bir hücumdur” dedi.
Zelenski deyib ki, enerji sektoru “çox ziyana uğrayıb”.
Ukraynanın baş naziri Denis Şmıxal açıqlamasında 15 rayonun zərər gördüyünü bildirib.
Səlahiyyətlilər bildiriblər ki, enerji infrastrukturunun hədəf alındığı nöqtələr Rovne və Volın, Xmelnitski, Jitomir, Dnepropetrovsk, Kirovohrad, Vinnitsa, Zaporojya və Odesa vilayətləri və Lvov şəhəri olub. Bildirilib ki, qeyd olunan məntəqələrin azı 7-də vurulmuş və zədələnmiş obyektlər olub.
Şayəstə Hüseynova