Rusiyada Olekminsk-Yakutsk marşrutu üzrə uçan “An-24” təyyarəsi şassinin sınmasına görə eniş edə bilməyib.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yakutiyanın Xilasetmə Xidməti məlumat yayıb.
“Saat 13:15-də Yakutiya Xilasetmə Xidmətinin növbətçi dispetçerinə məlumat daxil olub – Olekminsk-Yakutsk marşrutu üzrə uçan “An-24” təyyarəsi Yakutsk hava limanında eniş edə bilmir. “Polyar Hava Yolları”na məxsus təyyarə saat 13:15-də eniş etməli idi. Səbəb şassinin sınması olub”, – məlumatda qeyd edilib.
Daha sonra bildirilib ki, regionun xilasetmə xidməti təyyarənin hava limanına uğurla eniş etdirilib.
Qeyd edək ki, təyyarədə 34 sərnişin və 5 nəfər ekipaj üzvü olub.
Xavər