image-31backend

Rusiya XİN Qərbi İTTİHAM ETDİ

Qərb Gürcüstanda seçkilərə müdaxilə edir, amma özü də buna görə Rusiyanı günahlandırır.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Rusiya başqa ölkələrin işlərinə qarışmır, lakin onun sərhədlərində baş verənlərə də biganə deyil. O, əlavə edib ki, Qərb Moskvanı ittiham etməklə Gürcüstanın daxili siyasətinə müdaxiləsini gizlətməyə çalışır.

Zaxarova əmin olduğunu bildirib ki, “gerçək təhlükənin kim olduğunu gürcülər özləri müəyyən edəcəklər”. Eyni zamanda, onun sözlərinə görə, gürcü xalqı parlament seçkilərində sabitliyin və ənənəvi dəyərlərin lehinə çıxış edib.

Daha əvvəl Zaxarova deyib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyətini saxlamaq üçün onun yeni “müqavimət planı” lazımdır. O, əlavə edib ki, Ukrayna hakimiyyəti ölkədə daha da “vintləri sıxmağa” hazırdır və prezidentin gələcək siyasətinin məhz buna yönələcəyinə əminliyini ifadə edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki