image-be1c68fd-84c3-38f4-b3c5-c686b6a644c7_850backend

Rusiya Xarici Kəşfiyyat Xidməti: Qərb postsovet məkanında vəziyyəti destabilizə etməyə çalışacaq

ABŞ Ukraynadakı MDB ölkələrindən olan əcnəbi döyüşçülərdən postsovet ölkələrində vəziyyəti destabilizə etmək üçün istifadə etməyi planlaşdırır.

Elchi.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətindən bildirib.

Məlumata görə, xüsusi diqqət Belarus, Gürcüstan və Qırğızıstana yönəldilib.

“ABŞ Ukrayna böhranından MDB dövlətlərində sosial-iqtisadi və ictimai-siyasi proseslərə mənfi təsir göstərmək üçün istifadə etməyə çalışır. Məqsəd orada “rəngli inqilablar”ın təşkili üçün şərait yaratmaqdır”, – Xarici Kəşfiyyat Xidmətinin video materiallarında qeyd olunub.

Bildirilib ki, yaxın gələcəkdə Qərbin postsovet məkanı ölkələrində vəziyyəti destabilizə etməklə bağlı yeni cəhdlərini gözləmək lazımdır.

Qurumun məlumatına görə, ABŞ-nin diqqət mərkəzində 2025-ci ildə Belarusda keçiriləcək prezident seçkiləri, 2026-cı ildə Qırğızıstanda baş tutacaq prezident və parlament seçkiləri var.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki