Rusiya üçün 2015-ci ildə 5,5 faizlik bədbin proqnoz

🗓 16.01.2015 08:55 ✍️ "Elçi" qəzeti
Rusiya üçün 2015-ci ildə 5,5 faizlik bədbin proqnoz
“Moody’s” beynəlxalq reytinq agentliyi Rusiya ÜDM-nin 2015-ci ildə 5,5 faiz aşağı düşəcəyini proqnozlaşdırıb.images
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl, yanvarın 9-da Fitch beynəlxalq reytinq agentliyi Rusiya ÜDM-nin 2015-ci ildə 4 faiz, inflyasiyanın isə 8,5 faiz səviyyəsində olacağın açıqlamışdı. Bundan əvvəl Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bəyan etmişdi  ki, 2015-ci ildə neftin bir barelinin qiymətinin 45 dollar səviyyəsində qalacağı təqdirdə Rusiyanın ÜDM-i   4-5 faiz aşağı düşəcək. Qeyd edək ki, Londonun ICE qitələrarası birjasında yanvarın 15-də “Brent” markalı neftin bir barelinin qiyməti   47,67 dollar təşkil edib. Dünya Bankı Rusiyanın ÜDM-nin 2015-ci ildə 2,9 faiz aşağı düşəcəyini proqnozlaşdırıb.

Bənzər yazılar