image-888backend

Rusiya “S-400”-ü Belarusa yerləşdirdi

“S-400 Triumf” zenit-raket kompleksi İttifaq dövlətinin reaksiya qüvvələrinin sınağında iştirak etmək üçün Belarusa gəlib. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbçilər Brest vilayətindəki poliqona yürüş edəcəklər.

“Rusiya ekipajları əraziyə gəldikdən sonra mühəndis avadanlıqları və start mövqelərinin kamuflyajını həyata keçirəcək, həmçinin avadanlıqlara texniki xidmət göstərəcək. Kompleks Belarus və Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin bir hissəsi kimi döyüş növbətçiliyini yerinə yetirəcək”, – nazirliyin açıqlamasında deyilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki