image-def13c7b-920f-3e9d-b753-ed44f28f5a86_850backend

Rusiya millisinin sabiq üzvü 9,5 il müddətinə azadlıqdan məhrum edilib

Rusiya milli komandasının sabiq futbolçusu Aleksey Buqayev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 9,5 il müddətinə azadlıqdan məhrum edilib.

Elchi.az  yerli mətbuata istinadən xəbər verir ki, 43 yaşlı veteran futbolçu cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Qeyd edək ki, A.Buqayev karyerası ərzində “Torpedo”, “Tom”, “Lokomotiv” və “Krasnodar” klublarında çıxış edib. O, Rusiya millisində 7 oyun keçirib.

Havar Şəfiyeva 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki