Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Kirovo qəsəbəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.
Elchi.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri ilə bağlı məlumat paylaşılıb.
Rusiya ordusunun Ukraynadakı mövqelərini yaxşılaşdırdığı bildirilən bəyanatda, “Mərkəzi Hərbi Qrupun bölmələri fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Kirovo qəsəbəsini azad edib” , – deyə bildirilib.
Açıqlamada 135 bölgədə xarici pilotsuz uçuş aparatlarının (PUA) istehsal edildiyi mərkəzlər, artilleriya anbarları, Ukrayna əsgərlərinin və hərbi texnikasının yerləşdirildiyi məntəqələrin birində təyyarə, İHA, artilleriya və raket atəşi ilə bombalandığı bildirilib.
Nazirliyin bəyanatında həmçinin bildirilib ki, Ukrayna ordusu avqustun 6-dan bu yana Kursk istiqamətində 8200 əsgər, 76 tank, 36 piyada döyüş maşını, 67 zirehli transportyor və 521 zirehli texnika itirib.
Nuranə Məmmədova