image-thumbs_b_c_0b3e32e581e45b1ba8ab05037b6cfe9dbackend

Rusiya 2 yaşayış məntəqəsini ələ keçirdi

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu biri Donetsk, digəri isə Zaporojya vilayətində iki yaşayış məntəqəsini nəzarətə götürüb.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya -Ukrayna böhranında Rusiya hərbi birləşmələrinin fəaliyyəti ilə bağlı məlumatlar yer alıb.
Rusiya ordusunun cəbhədə irəliləməyə davam etdiyi bildirilən açıqlamada, “Rusiya əsgərləri qətiyyətli hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Romanovka qəsəbəsini və Zaporojya vilayətinin Novodarovka qəsəbəsini azad edib” , – deyə bəyanat daxil edilib.
Açıqlamada, son 24 saat ərzində Ukraynanın 142 bölgəsində hərbi hava limanı infrastrukturuna və enerji elementlərinə qarşı hücumların təşkil edildiyi, müharibə başlayandan bu yana 649 təyyarə, 283 helikopter, 37 min 122 pilotsuz uçuş aparatının ( PUA), 586 hava hücumundan müdafiə raket sistemi, 1600 tank və zirehli texnika, 1497 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 18897 haubitsa və minaatan ilə Ukrayna ordusunun 19 bölməsi məhv edilib. 28 min 957 xüsusi təyinatlı hərbi maşının məhv edildiyi bildirilib.
Nazirliyin bəyanatında həmçinin bildirilib ki, Ukrayna ordusu avqustun 6-dan bu yana Kursk istiqamətində 37 min 655 əsgər, 228 tank, 165 piyada döyüş maşını, 123 zirehli transportyor və 1223 zirehli texnika itirib.
Rusiya Müdafiə Nazirliyi dekabrın 1-də ordunun Donetsk vilayətinin İlyinka və Petrovka yaşayış məntəqələrini ələ keçirdiyini açıqlayıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki