image-download-2025-03-04t191420-732backend

“Rabitəbank” ASC açıq tender elan edir

Tenderin adı: Quba filialının mikro kredit ofisinin təmir işləri
Tenderin elan tarixi: 04.03.2025
Tenderin son tarixi: 12.03.2025, saat 12:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
• İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu)
• Xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi referanslar (referanslar və tövsiyyə məktubları zərfə əlavə olunsun)
• Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
• İşin icra müddəti qeyd edilməsi mütləqdir
• Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi (Qiymət vergi daxil göstərilməlidir, ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:
• Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli və lisenziyası
• Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
• Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
• Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
• . Material, avadanlıqların markası, modeli, istehsalçı ölkəsi təklifdə qeyd olunsun.
• Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.
• Tenderin texniki şərtləri, hal-hazırkı şəkilləri, materiallar haqqında məlumatı linkə https://rbt.az/tndr23 keçid edərək əldə edə bilərsiniz. Əlavə suallarınız yaranarsa, vasif.mammadov@rabitabank.com və tender@rabitabank.com elektron poçt ünvanlarına yaza və ya +99451 271-48-48 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki