image-0a4515de-63df-3c1f-9a28-ede89a780bd6_850backend

Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 7-8-də Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Elchi.az  Qırğızıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev jurnalistlərə açıqlayıb.

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov 7-8 oktyabrda MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Rusiyaya səfər edəcək”, – o bildirib.

Onun sözlərinə görə, oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək.

“MDB Dövlət Başçıları Şurasının qarşıdan gələn iclasında Birlik üzvü olan dövlətlər arasında ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlmiş mühüm qərarlar qəbul ediləcək”, – Azımbakiyev qeyd edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki