image-82a9e3d7-95e8-3f51-a0bb-68413598ff36_850backend

Qazaxıstanda yeddi mədən işçisi dağılmış şaxtada qalıb

Qazaxıstanın Ulıtau vilayətindəki Jomart mədənində qaya uçması baş verib.

Elchi.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə mədənlərin işlənməsi ilə məşğul olan “Kazakhmis” şirkətlər qrupu məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 7 mədənçi dağıntılar altında qalıb.

Şirkət qeyd edib ki, hazırda hadisə yerində təcili xilasetmə işləri aparılır. Qazaxıstanda 7 şaxtaçı dağılmış mədəndə qalıb

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki