I qrup Qarabağ əlili intihara cəhd edib.
Alp.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Məlumata görə, bir neçə saat bundan öncə polis Binəqədi rayonu ərazisində yerləşən “Sevgi palase” şadlıq sarayının qarşısında meyvə satan 1-ci qrup Qarabağ əlili ilə kobud davranıb, meyvə-tərəvəz piştaxtasını dağıdıb.
Buna etiraz olaraq qazi özünü yandırıb. O, 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Durumunun ağır olduğu qeyd edilib.