image-55555backend

Qanlı hesablaşma: Yayılan səs yazısından sonra SEPAH rəsmisini kim öldürüb?

“İnqilab Keşikçiləri Korpusunun Baş Qərargahının müfəttiş müavininin ölümü təşkilatdaxili hesablaşma ilə bağlı olub”.

Alp.az xəbər verir ki, bu barədə “AvaToday” xəbər ajansı məlumat verib.

Bildirilir ki, Sepah-ın İctimaiyyətlə Əlaqələr şöbəsi fevralın 15-də sözügedən təşkilatın müfəttişinin müavini Mehdi Məhdəvinejadın ölümü ilə bağlı xəbər yayıb.
Məumatda qeyd olunub ki, Məhdəvinejad Sepah-ın daxilindəki hesablaşmalar nəticəsində aradan götürülüb.

Məhdəvinejadın şübhəli ölümündən sonra onun ailəsi məsələ haqqında araşdırılma aparılmasını tələb etsə də, Sepah-ın Kəşfiyyatın Mühafizəsi Təşkilatı dərhal generalın ailə üzvləri ilə əlaqə yaradaraq onların rəsmi məlumatdan başqa heç bir araşdırma aparmağa haqlarının olmadığını bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki