Kazan sammitinin yekun bəyannaməsində BRİKS tərəfdaş dövlətlərinin siyahısının qeyd edilməsi vacibdir.
Elchi.az xəbər verir ki, bu təkliflə Rusiya prezidenti Vladimir Putin məhdud tərkibdə görüş zamanı çıxış edib.
Rusiya lideri xatırladıb ki, assosiasiyanın Yohannesburqda keçirilən sammitində iştirakçılar BRİKS tərəfdaş dövlətlərinin modallıqlarını və kateqoriyalarını işləyib hazırlamaq və belə status alacaq ölkələrin siyahısını formalaşdırmaq barədə razılığa gəliblər. “Bu məsələ ilə bağlı qərarın yekun Kazan bəyannaməsində əks olunması vacibdir”, – Putin bildirib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, hazırda on üç ölkə BRİKS-in tərəfdaş dövlətləri statusu uğrunda mübarizə aparır. O qeyd edib ki, bu mövzu nümayəndə heyətləri arasında məsləhətləşmələrin mövzusudur.
Yeganə