Rusiya prezidenti Vladimir Putin bildirib ki, rus dünyasının ideoloji əsası bütün mədəniyyətlərə açıqlığı və hörməti ilə planetdə geniş əks-səda tapır.
Elchi.az xəbər verir ki, Rusiya dövlətinin başçısı “Rus dünyası: xarici və daxili çağırışlar” adlı XXVI Ümumdünya Rusiya Xalqları Şurasının iştirakçılarına salamlarını çatdırıb.
Mesajı Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko oxuyub.
“Daha çox ölkə və xalq təhlükəsiz, demokratik, çoxqütblü dünya nizamının qurulmasının tərəfdarıdır və irqçilik və neokolonializmin istənilən formasını rədd edir”, – Rusiya lideri vurğulayıb.
Prezident bir müddət əvvəl qeyd edib ki, yeni yaranan çoxqütblü dünyada heç bir ölkə və xalqın alçaldılmasına, təhqir olunmasına yer yoxdur.
Yeganə