Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla NATO-nun Türkiyədəki təlimlərini müzakirə etməyib.
Alp.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, bu mövzu müzakirə olunmayıb, hər bir təlim böyük diqqətlə izlənilir, amma Türkiyə əslində Şimali Atlantika alyansının üzvüdür, biz bunun nə demək olduğunu yaxşı bilirik”, – Peskov qeyd edib.
İyunun 20-dən 28-dək Türkiyənin Konya şəhərində 3-cü əsas reaktiv bazasında NATO-nun “Ramstein Dust II – 2022” təlimləri keçiriləcək.
Qeyd olunur ki, təlimlərin “Anadolu Qartalı 2022” beynəlxalq təlim kursu ilə birgə keçirilməsi planlaşdırılır.