image-img-20241122-wa0059backend

Psixoloq İlhamə Mustafayeva: “İnsan özünə tənqidi yanaşandan sonra həyat tərzi nizamlanır”

Müasir dövrdə narkomaniya ilə mübarizə dünyada ən çox müzakirə olunan problemlərdən biridir. Təssüflər olsun ki, bu mübarizə ilə bağlı müxtəlif tədbirlər görülsə də, addımlar atılsa da, nəticələr heç də ürək açan deyil. Ölkədə də narkomaniya ilə mübarizə çərçivəsində görülən tədbirlər barədə hər gün müxtəlif informasiya vasitələrində məlumatlar oxuyuruq. Bu tədbirlədən biri də, onların müalicəsi üçün yaradılan narkooji reabiltasiya mərkəzləridir. Bu gün yolumuzu elə narkomaniyadan əziyyət çəkən insanların müalicə aldığı “Yaşamaq Gözəldir” reabilitasiya mərkəzindən saldıq. Burada təkcə narkomaniyadan əziyyət çəkənlər yox, eyni zamanda qumar, içki və digər zərərli vərdişlərdən asılı qalan vətəndaşlar da müalicə alır.

“Yaşamaq Gözəldir” reabilitasiya mərkəzinin proqram rəhbəri Asəm Həsənli bildirir ki, mərkəz 3 ilə yaxındır fəaliyyət göstərir: “Bu günə kimi 50 nəfərdən çox adamı sağaltmışıq. Bu böyük nəticədir. Mərkəzimuzdə narkomaniya, iqramaniya və alkoqalizm asılığından müalicə mövcuddur”.

Mərkəzdə psixoloji seans keçirən psixoloq İlhamə Mustafayeva müalicə aldığı vətəndaşlarda daha çox günahkarlıq hisslərinin olduğunun şahidi olduğunu bildirib: “Burada təkcə narkotik asılılıqdan əziyyət çəkən insanlar yox, eyni zamanda qumar, içki asılılığından əziyyət çəkənləri də gördük. Onların hər birinin içində peşmançılıq hissinin olduğunu gördüm. Əgər bir insan səhv etdiyinj dərk edib, peşman olursa cəmiyyət olaraq dəstək olmalıyıq. Onlar reabiltasiya mərkəzindən çıxdıqdan sonra psixoloji terapiyalara üz tutsa daha yaxşı olar. Çünki onların hər birinin travması var və illərlə davam edən davranış pozuntularından azad olmaq üçün psixaterapiya keçmələri vacibdir”.
O, həmçinin bildirir ki, narkomaniyadan əziyyət çəkən insanlarla məşğul olmaq üçün onlar ilk öncə narkotik maddənin dozasından tamamilə azad olmalıdırlar: “Belə pasiyentlərin düşüncəsini dəyişdirmək üçün onlar öz problemlərini qəbul edib, fərqində varmalıdır. İnsan özünə tənqidi yanaşandan sonra həyat tərzi nizamlanır. Yalnız bundan günahkarlıq hissləri üzərində işlənilir. Eyni zamanda kiminsə əlavə problemləri varsa, paralel olaraq onlar üzərində ciddi məşğul olmalıdır. Narkotik asılılıqdan əziyyət çəkən insanlara hipnoz terapiyası da çox yaxşı təsir göstərir. Bundan əlavə sosial çevrə də onların sağlam həyata qayıtmasında əsas rol oynayır. Ümumiyyətlə belə insanlara ailəsi və doğmaları sağalması üçün dəstək göstərməlidirlər”.

Qeyd edək ki, sözügedən mərkəzdə hazırda 14 nəfər müalicə alır, 3 nəfər isə sağalıb çıxmaq üzrədir. image-img_20241117_145050

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki