image-50df60d8-7f7b-3f9f-923b-dd5dd8958f7b_850backend

Premyer Liqa: “Neftçi” “Sumqayıt”a qalib gəlib

Misli Premyer Liqasının XXIV turunda “Neftçi” “Sumqayıt”a qalib gəlib.

Elchi.az – ın məlumatına görə, “Neftçi Arena”da gerçəkləşən turun açılış oyununda “ağ-qaralar” 1:0 hesablı qələbəyə sevinib.

Yeganə qolu 90+3-cü dəqiqədə penaltidən Filip Ozobiç vurub.

Paytaxt təmsilçisi hazırda 27 xalla 6-cı, “gənclik şəhəri” təmsilçisi 22 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları 22 və 23 fevralda təşkil olunacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki