Ukrayna prezidenti Volodimir Zelenski qarşıdan gələn prezident seçkiləri öncəsi ukraynalılara pul paylamaqla rüşvət verməyə çalışır.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti və iş adamı Pyotr Poroşenko bildirib.
“Hakimiyyət seçkilərə gedir və onlar haqqında düşünür”, – Ukraynanın eks-prezidenti bildirib.
Poroşenko Ukrayna hakimiyyətinin adambaşına min qrivna (2,3 min rubl) məbləğində pul paylamaq təşəbbüsünü şərh edib. Siyasətçi Zelenskini qarşıdan gələn seçkilər öncəsi seçicilərə rüşvət verməkdə ittiham edib və əlavə edib ki, bu cür qərarlar Qərbin Kiyevə yardımının azalmasına səbəb ola bilər. O, həmçinin vurğulayıb ki, seçicilər hakimiyyətin loyallıq satın almaq cəhdlərini qiymətləndirməyəcəklər.
Poroşenko daha əvvəl Ukraynanın Rusiya ilə münaqişədə əsas səhvini qeyd edib. O, həmçinin bildirdi ki, komandası cəbhəyə ekskavatorların tədarükünü davam etdirir.
Yeganə