Polşa təxminən 4,3 milyard zlota (1 milyard dollardan çox) dəyərində 80 ədəd “Rosomak” zirehli döyüş maşınları alacaq. İmzalanmış müqavilə çərçivəsində zirehli döyüş maşınlarının 2027-2028-ci illərdə tədarükü planlaşdırılır.
Elchi.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Polşanın baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
“Bu gün biz 80 ədəd “Rosomak” alırıq, iyulda 58 ədəd sifariş edilib. 2024-cü ildə 130 “Rosomak-L” zirehli döyüş maşını alınıb”, – o qeyd edib.
Xavər