image-7083b918-8c06-333a-92f6-2b48ba3c5d11_850backend

PKK-nın Suriya qolu silahı yerə qoymağa hazır olduğunu bildirib

PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən cavab gəlib.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.

Qeyd olunub ki, PYD lideri Öcalanın müraciətini dəstəkləyib.

“Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik”, – deyə o bildirib.

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki