“Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ), Beynəlxalq Valyuta Fondu (BVF) və insan haqları təşkilatları Qərbin onların işinə müdaxiləsi nəticəsində təsirsiz hala düşüb”.
Elchi.az xəbər verir ki, bu fikirləri BRICS sammitinin yekun iclasında İran prezidenti Məsud Pezeşkian deyib.
“BMT TŞ, BVF və insan haqları təşkilatları kimi bir çox beynəlxalq struktur və mexanizmlər effektivliyini itirib”, – İran prezidenti bildirib.
Pezeşkian BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki münaqişənin həllində səmərəsiz olmasının səbəbini Qərbin müdaxiləsi adlandırıb. O, həmçinin əlavə edib ki, Qərbin birtərəfli sanksiyalarının tətbiqi dünyanı risk altında qoyur.
Bundan əvvəl Pezeşkian Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin tezliklə yekunlaşmasına ümid etdiyini bildirib. O, bu məsələ ilə şəxsən məşğul olmaq əzmində olduğunu vurğulayıb.
Yeganə